Xəzər Xəbər

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün işi üzrə məhkəmə baxışı təyin edilib

Gündəm | 14:04 • 22 İyun 2021
Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün işi üzrə məhkəmə baxışı təyin edilib

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə vəkillər bütün proseslərin video-audio görüntüləri ilə keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Daha sonra hakimlər təqsirləndirilən şəxslərə hüquqlarını izah ediblər. Təqsirləndirilən şəxslər dövlət hesabına vəkillə təmin edilib.

Məhkəmə baxışı iyunun 29-a təyin edilib.

Məhkəmənin baxış iclası Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.

Xəbər lenti