Xəzər Xəbər

"Azərkosmos"a yeni sədr təyin edilib

Gündəm | 09:45 • 16 İyun 2021
"Azərkosmos"a yeni sədr təyin edilib

Saməddin Əsədov “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, bu vəzifəyə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təyin olunub. S. Əsədov bu vəzifəni müvəqqəti icra edən Rövşən Rüstəmovu əvəz edib.

Xatırladaq ki, S. Əsədov bundan öncə ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Xəbər lenti