Xəzər Xəbər

İranın Azərbaycandakı səfiri: “Ağdam Xirosimaya bənzədilir, bu, həqiqətdir”

Gündəm | 16:39 • 13 İyun 2021
İranın Azərbaycandakı səfiri: “Ağdam Xirosimaya bənzədilir, bu, həqiqətdir”

Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam “Qafqazın Xrosiması” adlandırılır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri iyunun 13-də Ağdama səfər zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

Səfir deyib ki, Ağdamda hər şey dağıdılıb: “Ağdam hazırda Xirosimaya bənzədilir, bu, həqiqətdir. Arzulayıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulsun, gözəl binalar tikilsin. İran da bu ərazilərdə abadlıq işlərində iştirak etməkdə maraqlı olduğunu bəyan edib”.

İranın işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazır olduğunu söyləyən səfir əminliyini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər yenidən qurulacaq, yeni, gözəl binalar tikiləcək.

 

Xəbər lenti