Bakı 23 ℃
Xəzər Xəbər
USD 1.7

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

Gündəm | 156 | 14:10 • 10 İyun 2021
Leysan olacaq, dolu düşəcək

Ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti

Çox oxunanlar