Xəzər Xəbər

Səhiyyə Nazirliyindən AÇIQLAMA: Bu analiz ilə COVID-19 pasportu almaq olmaz

SN: Seroloji analizlə COVID pasportu almaq mümkün deyil
Gündəm | 15:24 • 10 İyun 2021
Səhiyyə Nazirliyindən AÇIQLAMA: Bu analiz ilə COVID-19 pasportu almaq olmaz

““COVID-19” pasportu dünyada ən aktual məsələ və problemdir”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, İgG analizi verərək COVID pasportu əldə etmək mümkün deyil: “Bu, seroloji analizdir, bununla heç bir pasport almaq mümkün deyil”.

N.Daşdəmirovanın sözlərinə görə, immun sertifikatı olan şəxsin sertifikatının müddəti 6 ay tamamlananda bitir, bu zaman o, vaksinasiya olunub “Vaksin sertifikatı” ala bilər.

Xəbər lenti