Xəzər Xəbər

Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Gündəm | 12:24 • 10 İyun 2021
Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Analitik Ekspertiza Mərkəzindən XəzərXəbər-ə bildirilib ki, Azərbaycanın Küveytdəki səfirliyindən daxil olmuş məlumata əsasən, Küveyt Hökuməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq.

Məlumatda qeyd olunub ki, həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib.

Xəbər lenti