Xəzər Xəbər

Bütün kənd təsərrüfatı yarmarkaları fəaliyyətini bərpa edəcək - Nazir

Gündəm | 12:29 • 10 İyun 2021
Bütün kənd təsərrüfatı yarmarkaları fəaliyyətini bərpa edəcək - Nazir

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən və pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, artıq pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca bu tədbirlərin də keçirilməsinə başlanacaq: "Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Yumşalmalar olduqca yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları fəaliyyətini bərpa edəcək"./trend

Xəbər lenti