Xəzər Xəbər

Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verdi

Gündəm | 11:21 • 12 May 2021
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə XəzərXəbər-ə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Xəbər lenti

Çox oxunanlar