Xəzər Xəbər

Azərbaycan Prezidenti: Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi

Gündəm | 10:12 • 13 Aprel 2021
Azərbaycan Prezidenti: Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi

“Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı: “Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”. /apa

Xəbər lenti