Xəzər Xəbər

Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları

COVID-19-a yoluxanların yaş qruplarına görə faizi açıqlanıb
Gündəm | 12:40 • 12 Aprel 2021
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları

Azərbaycanda COVID-19 xəstələrinin yaş qruplarına görə yoluxma faizi açıqlanıb.

XəzərXəbər “koronavirusinfo”ya istinadən xəbər verir ki, koronavirusa yoluxma 0-9 yaş aralığında 3 faiz, 10-19 yaş aralığında 6 faiz, 20-29 yaş aralığında 16 faiz, 30-39 yaş aralığında 21 faiz, 40-49 yaş aralığında 15 faiz, 50-59 yaş aralığında 18 faiz, 60-69 yaş aralığında 15 faiz, 70-79 yaş aralığında 4 faiz, 80 yaşdan yuxarı insanlar arasında isə 2 faizdir.

Virusa yoluxanların 51 faizi qadın, 49 faizi isə kişidir. 

Xəbər lenti