Xəzər Xəbər

Maşınlarda maskadan istifadə ilə bağlı reydlər keçiriləcək

Gündəm | 11:13 • 10 Aprel 2021
Maşınlarda maskadan istifadə ilə bağlı reydlər keçiriləcək

Karantin rejiminin sonunadək avtomobillərdə sürücü və sərnişinlərin maskadan istifadə etməsinə nəzarət üçün mütəmadi reydlər keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsindən XəzərXəbər-ə verilən məlumata görə, reydlərin cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılır.

Reyd zamanı xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirlər həyata keçiriləcək.

Xəbər lenti