Xəzər Xəbər

Dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək hər il

Gündəm | 16:05 • 8 Aprel 2021
Dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək

Nazirlər Kabineti “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

Xezerxeber.az-ın məlumatına görə, Qaydaya əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndiriləcək.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Xəbər lenti