Xəzər Xəbər

Türkiyə parlamentinin komitə sədri: Azərbaycana dəstək olmaq üçün gəlmişik

Gündəm | 18:53 • 10 Mart 2021
Türkiyə parlamentinin komitə sədri: Azərbaycana dəstək olmaq üçün gəlmişik

“Dünən Azərbaycana gəldikdən sonra ilk olaraq Prezident İlham Əliyev bizi qəbul etdi. Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdük”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugün Şəhidlər Xiyabanını ziyarət ediblər: “Həmçinin mərhum prezident Heydər Əliyevin də məzarını ziyarət etdik. Biraz əvvəl də xarici işlər naziri Ceyhun Bayramovun qonağı olduq”.

O xatırladıb ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: “Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik. Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.

Xəbər lenti