Xəzər Xəbər

Dünya dövlətləri Ermənistanın minaların xəritəsini gizlətməsinə səssiz qalmamalıdır Nazir

Gündəm | 10:55 • 26 Fevral 2021
Dünya dövlətləri Ermənistanın minaların xəritəsini gizlətməsinə səssiz qalmamalıdır

Ermənistan beynəlxalq normalara zidd olaraq minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə həmin əraziləri ölü ərazilərə çevirmək məqsədilə minalayıb: “Bu gün Ermənistan minalanmış ərazilərin xəritəsini gizlədir, bütün beynəlxalq normalara zidd olaraq onu Azərbaycana təqdim etməkdən imtina edir. Dünya dövlətləri buna səssiz qalmamalıdır”.

Ceyhun Bayramov deyib ki, 44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb, yeni əməkdaşlıq imkanları mövcuddur: "Lakin biz yenə də Ermənistanın düşmənçilik ritorikasının, hərbi cinayətlərə əl atmasının şahidi oluruq".

C.Bayramov 10 noyabr bəyanatı imzalanandan sonra işğaldan azad edilmiş ərazilərə terrorçu qrupların göndərilməsini xatırladıb: “Terrorçu qruplar işğaldan azad edilmiş ərazilərdə ağır cinayət törədib və təbii ki, ordumuz tərəfindən zərərsizləşdirilib”.

Nazir vurğulayb ki, Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarıdır: “Lakin Ermənistan tərəfindən düşmənçilik ritorikası davam etməkdədir”.

Xəbər lenti