Xəzər Xəbər

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib

Gündəm | 10:37 • 26 Fevral 2021
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu.

Xəbər lenti