Xəzər Xəbər

Ötən gün evini tərk edən 28 koronavirus xəstəsi saxlanıldı

Gündəm | 10:06 • 2 Dekabr 2020
Ötən gün evini tərk edən 28 koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanları əməkdaşları ölkədə koronavirus xəstələrinin yaşayış yerini tərk etməsinin qarşısını almaq məqsədilə tədbirlərini davam etdirir.


Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, dekabrın 1-də ölkə ərazisində keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən daha 26 aktiv koronavirus xəstəsi akarlanıb. Həmin şəxslərdən 24 nəfər evə, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.


Məlumatda qeyd edilir ki, gün ərzində yaşayış yerini tərk etdiyi üçün saxlanılan aktiv koronavirus xəstələrinin 6-sı Bakı şəhərində, 6-sı Bərdə rayonunda, 4 nəfər isə Qazax rayonunda aşkar edilib. Digər aktiv xəstələr isə ölkənin müxtəlif rayonlarında aşkarlanaraq saxlanılıb.


Sevinc

Xəbər lenti