Xəzər Xəbər

BMT Baş Assambleyasında 119 dövlətin lideri çıxış edəcək

Gündəm | 09:18 • 18 Sentyabr 2020
BMT Baş Assambleyasında 119 dövlətin lideri çıxış edəcək

BMT Baş Assambleyasının sentyabrın 22-dən 29-dək əsasən videomüraciət formasında keçiriləcək 75-ci sessiyasında yüksək səviyyəli həftə zamanı 119 dövlətin liderinin və 55 hökumət rəhbərinin çıxışları gözlənilir.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş Assambleya sədrinin rəsmi nümayəndəsi Brenden Varma məlumat verib. Onun sözlərinə görə, siyahıya müəyyən dəyişiklik edilə bilər. Yeni siyahı bu günlərdə açıqlanacaq.


ABŞ Prezidenti Donald Tramp və BMT-nin Baş katibi Antonio Quterreş BMT-də şəxsən olacaqlarını bildiriblər. Rusiya Prezidenti Vladimir Putinin BMT Baş Assambleyası çərçivəsində videomüraciəti sentyabrın 22-nə nəzərdə tutulur.

Xəbər lenti