Xəzər Xəbər

Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı, 6 nəfər öldü

Gündəm | 16:55 • 1 Avqust 2020
Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı, 6 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.

Xəbər lenti

Çox oxunanlar