Xəzər Xəbər

Su problemi “Azərsu" ASC sədrinin iştirakı ilə Milli Məclisdə müzakirə olunub

Gündəm | 15:03 • 1 İyul 2020
Su problemi “Azərsu" ASC sədrinin iştirakı ilə Milli Məclisdə müzakirə olunub

"Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edib".


Bunu APA-ya açıqlamasında deputat, həmin komitənin üzvü Fatma Yıldırım deyib.


O bildirib ki, bu gün Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ölkədə yaranmış su problemlərinin həll edilməsi istiqamətində dinləmə keçirib: "Hazırda ölkədə olan vəziyyətlə bağlı Qorxmaz Hüseynov məruzə ilə çıxış edib. Deputatlar da öz növbəsində həm təmsil etdiyi rayonlarda, həm də ümumiyyətlə, hazırda ölkədə olan su problemləri ilə bağlı təkliflər səsləndirib, çıxışlar ediblər”.


F. Yıldırım qeyd edib ki, iclasda əsasən, su sayğaclarının qoyulmaması məsələsini qaldırıb: "Su sayğaclarının olmaması çoxlu su itkisinə səbəb olur. İkincisi, Bərdədə kanalizasiya sisteminin olmaması pandemiya dövründə daha çox xəstəliklərə səbəb olması məsələsini gündəmə gətirdim. Q. Hüseynov isə bu məsələnin növbəti latyihənin proüramına daxil edildiyini qeyd edib. Yaxın müddətdə bu problemin həllini tapacağına inanırıq”.

Xəbər lenti