Xəzər Xəbər

İraq hökuməti Azərbaycan tərəfinə minnətdarlıq edib

Gündəm | 14:56 • 1 İyul 2020
İraq hökuməti Azərbaycan tərəfinə minnətdarlıq edib

İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.


İraqın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.


Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.

Xəbər lenti