Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - RƏSMİ AÇIQLAMA

Gündəm | 762 | 17:14, 22 May
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? -

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədəki ümumi sanitar-epidemioloji vəziyyəti müzakirə edib. Ümumi rəyə görə, vəziyyət karantin rejimini yenidən sərtləşdirmək üçün əsas vermir.


Xezerxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.


Onun sözlərinə görə, bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüş var. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin sərtləşdirilməsinə qayıtmağı zəruri saymır. Bununla yanaşı, karantin rejiminin daha da yumşaldılması və tamamilə ləğv edilməsi də hələlik mümkün hesab olunmur.

Çox oxunanlar