Xəzər Xəbər

Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil

Gündəm | 20:05 • 9 Fevral 2020
Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti