Xəzər Xəbər

Azad Rəhimov: Azərbaycan "Formula 1"in vaxtını dəyişmək istəyir

Gündəm | 14:24 • 25 Aprel 2019
Azad Rəhimov: Azərbaycan "Formula 1"in vaxtını dəyişmək istəyir

Azərbaycan "Formula 1" Qran-Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.

XəzərXəbər xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hazırda "Formula 1” yarışları 21 mərhələdən ibarətdir: "İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar gedir. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".

Qedy edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 26-28 aprel tarixlərində keçiriləcək.

Xəbər lenti