Xəzər Xəbər

Orduda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir

Gündəm | 09:44 • 7 Fevral 2019
Orduda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində "Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir.


XəzərXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursda dinləyicilərə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir rabitə vasitələrinin üstünlükləri və tətbiqi mexanizmi haqqında ətraflı məlumat veriləcək.

Kurs iştirakçılarına kompüter bacarıqlarının artırılması, şəbəkə avadanlıqlarının istismarı üzrə nəzəri biliklərin və praktiki təcrübənin təkmilləşdirilməsi, həmçinin digər mövzulara dair mühazirələr oxunacaq.

Məşğələlərin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müasir tədris-laboratoriyasının bazasından istifadə olunur. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar veriləcək.

Xəbər lenti