Xəzər Xəbər

Xəbərdarlıq : Güclü külək olacaq

Gündəm | 14:04 • 15 Yanvar 2019
Xəbərdarlıq : Güclü külək olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə,havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15,Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabahhavaəsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 17-18-dəAbşeronyarımadasında çox güclü xəzri küləyinin əsəcəyi vəhavanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Hava şəraitinin belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, yanvarın 15-i gündüz, 16-daBakıda vəAbşeronyarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək. Yanvarın 16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Xəbər lenti