2018-2019-cu tədris ili üçün 8 yaşdan yuxarı 108 nəfər I sinif üzrə fərdi təhsilə cəlb olunub.
Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, onlardan 68 nəfəri 2009, 24 nəfəri 2008, 7 nəfəri 2007, 4 nəfəri 2006, 3 nəfəri 2005, 2 nəfəri isə 2004-cü il təvəllüdlüdür.
"Əsasən ailə problemləri, xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulunun gecikdiyi məlum olur".