Xəzər Xəbər

Badamdarda sürüşmə kütləsi avtomobil yoluna doğru gəlir

Gündəm | 17:03 • 14 Oktyabr 2018
Badamdarda sürüşmə kütləsi avtomobil yoluna doğru gəlir

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr davam etdirilir.

XəzərXəbər xəbər verir ki, saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib.

"Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb".