Xəzər Xəbər

“Bayrağımız işğaldan azad olunacaq şəhərlərdə dalğalanacaq” Elçin Quliyev

Gündəm | 16:16 • 10 İyul 2018
“Bayrağımız işğaldan azad olunacaq şəhərlərdə dalğalanacaq”
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.


DSX-nin mətbuat mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.


Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan Elçin Quliyev dövlət bayrağımzın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər "Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Xəbər lenti