BP-nin Azərbaycan,
Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya
proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci il tarixindən
şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub.
Şirkətdən XəzərXəbər-ə verilən məlumata görə, bu vəzifədə N.Nəbiyeva BP-nin Azərbaycan,
Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin
apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü
olacaq.
Nərminə Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və
rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o, BP-nin
Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları
şöbəsində, Hindistanda BP-nin Reliance şirkəti ilə tərəfdaşlığı
fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda
çalışıb.
N.Nəbiyevanın Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalabr dərəcəsi və Böyük Britaniyanın
Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O həmçinin
İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış
İnstitutun (CİPD) üzvüdür.