"2017-ci ildə 146
milyon manat, 2018-ci ildə isə geri qaytarılan vəsaitlər hesabına 170
milyon manat dövlətin güzəştli kreditlərinin sahibkarlara verilməsi
planlaşdırılıb" . XəzərXəbər xəbər verir ki, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru
Şirzad Abdullayev deyib. O, bildirib ki, son 2 ildə Sahibkarlığa Kömək
Milli Fondu tam özünü maliyyələşmə prinsipi əsasında fəaliyyət göstərir:
"2018-ci ildə ümumi dəyəri 392 milyon manat olan 453 layihənin
maliyyələşdirilməsinə 72,2 milyon manat dövlətin güzəştli krediti təmin
olunub. Verilmiş bu kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2
dəfə çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 6 dəfə çox layihə
maliyyələşdirilib. İlin sonuna kimi 42 istehsal müəssisəsinin
yaradılması başa çatacaq. Bunların içərisində xüsusilə aqroparkları
vurğulamaq istərdim. Aqroparkların yaradılmasına 204 milyon manat vəsait
investisiya qoyulub, infrastrukturun yaradılması üçün isə 110 milyon
manat güzəştli kredit ayrılıb".