Xəzər Xəbər

Uğurlu şagirdlərə qəbul imtahanlarında əlavə güzəştlər veriləcək

Gündəm | 16:48 • 15 May 2018
Uğurlu şagirdlərə qəbul imtahanlarında əlavə güzəştlər veriləcək

"Müxtəlif bölgələrdən 400-dən artıq şagird Bakı şəhərinin litseylərinə cəlb edirik”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Respulika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu, seçmə üsulu ilə edilir. Nazirin sözlərinə görə, əvvəllər bir yerə 3-4 nəfər iddia edirdisə, artıq bu rəqəm bir yerə 10 nəfərdir.

Nazir deyib ki, dünya fənn olimpiadalarının qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadasının qaliblərinin uyğun ixtisaslara müsabiqədənkənar qəbul olunması ilə bağlı təkliflər paketi hazırlanıb, hökumətlə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq.

Xəbər lenti

Çox oxunanlar