Mayın 15-də Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir
Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel
İbrahim ilə görüşüb.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazir Azərbaycan ilə Misir arasında mövcud
ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin
maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə
əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Regiondakı
hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə
çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və
danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.
Səfir
də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da
genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində
ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin
inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini
bildirib.