Cari ildə Müdafiə
Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına
müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə
təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur.
XəzərXəbər xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində
2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya
iclasında çıxış edən nazir Yavər Camalov bildirilib. Onun sözlərinə
görə, aparılacaq işlər 181 mərhələni əhatə edəcəkdir:
"Yaradılması
nəzərdə tutlan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu,
müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və
avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan komplesini,
lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları
göstərmək olar”.
Nazir bildirib ki, hesabat dövründə yeni müdafiə
təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat
İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət
sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla
davam etdirilib:
"2018-ci ilin birinci rübündə nazirliyin
qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın
inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət
və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib”.