Xəzər Xəbər

“Fransa Qarabağın həlli üçün var qüvvəsi ilə çalışacaq” Emmanuel Makron

Gündəm | 14:23 • 24 Aprel 2018
“Fransa Qarabağın həlli üçün var qüvvəsi ilə çalışacaq”
Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.


XəzərXəbər xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti seçilməsi münasibəti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq.

Qeyd edək ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür.

Xəbər lenti