Xəzər Xəbər

Bakıda "Formula-1"lə bağlı iki xəstəxana ayrılıb

Gündəm | 15:08 • 20 Aprel 2018
Bakıda "Formula-1"lə bağlı iki xəstəxana ayrılıb

Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə "Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.

Xəbər lenti

Çox oxunanlar