Xəzər Xəbər

Azərbaycan prezidenti Kuba Dövlət Şurasının yeni sədrini təbrik edib

Gündəm | 14:44 • 20 Aprel 2018
Azərbaycan prezidenti Kuba Dövlət Şurasının yeni sədrini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Migel Dias-Kanel Bermudesi Kuba Respublikası Dövlət Şurasının sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.


Xezerxeber.az-ın  məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Sədr, Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

Xəbər lenti