Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.
XəzərXəbər-in xəbərinə görə, təbrik mətnində deyilir:
"Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki,
Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq
məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.