Müstəqil Dövlətlər
Birliyinin (MDB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident
seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya
gələcəklər.
XəzərXəbər xəbər verir ki, MDB
müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın "Report"a
verdiyi məlumata görə, missiyanın üzvləri günün ikinci yarısında
paytaxta olacaqlar.
Qeyd edək ki, müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.