Xəzər Xəbər

Azərbaycanda 21 əcnəbi sax­la­nıl­ıb

Gündəm | 17:34 • 20 Fevral 2018
Azərbaycanda 21 əcnəbi sax­la­nıl­ıb

Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri da­vam etdirilir.

DMX-dan xezerxeber.az-a verilən məlumatda bildirilir ki, 16-19 fevral 2018-ci il tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilmiş 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı sax­la­nıl­ıb.

Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.

Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti