Xəzər Xəbər

Prezidentin sərəncamı ilə 30 min nəfərin müavinəti artırıldı

Gündəm | 11:41 • 20 Fevral 2018
Prezidentin sərəncamı ilə 30 min nəfərin müavinəti artırıldı

Ötən gün cənab Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin müavinətinin artırılması ilə bağlı çox mühüm sərəncam imzalayıb. Sərəncamda həmin şəxslərə verilən müavinətlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında komitə sədri Hadi Rəcəbli deyib. O, bildirib ki, şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prezident İlham Əliyevin diqqətindədir.

H.Rəcəbli qeyd edib ki, bu sərəncam təxminən 30 min nəfərin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələcək.

Xəbər lenti

Çox oxunanlar