Xəzər Xəbər

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər Bolqarıstanın Baş naziri

Gündəm | 14:38 • 12 Fevral 2018
Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

Bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

Baş nazir qeyd edib ki, Dağlıq Qarabağdakı münaqişənin hərbi həll yolu yoxdur və yalnız siyasi nizamlama vasitəsilə həll olunmalıdır.

B.Borisov bildirib: "Bolqarıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, münaqişə yalnız danışıqlar yolu ilə və Avropa İttifaqının köməyi ilə ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin vasitəçiliyilə, eləcə də Azərbaycan və Ermənistan rəhbərlərinin aktiv dialoqu yolu ilə həll oluna bilər”.

Xəbər lenti