Xəzər Xəbər

Bu il “Stadler Rail Group”dan iki yeni qatar alınacaq

Gündəm | 15:13 • 9 Fevral 2018
Bu il “Stadler Rail Group”dan iki yeni qatar alınacaq

Bu il "Stadler Rail Group” şirkətinə 4 yeni qatar sifariş olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il 2 qatar, növbəti ildə isə daha 2 qatarın gətirilməsi gözlənilir.

Həmçinin sədr qeyd edib ki, dəmir yolunun Bakı və Gəncədə iki yeni deposu tikiləcək, mövcud depo isə yenidən qurulacaq. Depolar yeni texnologiyalar əsasında inşa olunacaq.

Xəbər lenti