Xəzər Xəbər

“Azərbaycan xalqı İlham Əliyevə inanır” Novruz Məmmədov

Gündəm | 14:39 • 8 Fevral 2018
“Azərbaycan xalqı İlham Əliyevə inanır”

"Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı Prezident İlham Əliyev olmalıdır”.

XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün "Facebook" səhifəsində yazıb.

"İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram...Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm.” xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır”- N. Məmmədov qeyd edib.

Xəbər lenti

Çox oxunanlar