Xəzər Xəbər

Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib

Gündəm | 16:21 • 16 Yanvar 2018
Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Danışıqlar zamanı bir sıra aktual beynəlxalq məsələlər müzakirə edilib.

XəzərXəbər "RİA Novosti"yə istinadən xəbər verir ki, iki ölkə rəsmiləri Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının iclasında razılaşdırılan qərar əsasında V Xəzər Sammitində dənizin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə bağlı hazırlıq işlərini müzakirə ediblər.

Bundan əlavə, Lavrov və Zərif bir sıra aktual beynəlxalq problemlər, həmçinin İranın nüvə proqramı ətrafında yaranan vəziyyət barədə fikir mübadiləsi aparıb.

Xəbər lenti