Xəzər Xəbər

Bakıda Təbriz universitetinin filialı açıla bilər

Gündəm | 09:55 • 29 Dekabr 2017
Bakıda Təbriz universitetinin filialı açıla bilər

"Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq". Bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetin rektoru Əziz Cavanpur keçirdiyi mətbuat konfransında bildirib.


Ə.Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: "Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə tələbələr qəbul edəcək”.


Qeyd edək ki, Azad İslam Universiteti İranın ən böyük universitetlərindən biridir. Universitet 2003-cü ildə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub.


Universitetin rektoru Fərhad Rəhbər və rəyasət heyətinin sədri Əli Əkbər Vilayətidir. Azad İslam Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir. (APA)

Xəbər lenti