Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə
materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı
sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və
satışı hallarının qarşısının alınması məqsədilə 18-24 dekabr 2017-ci il
tarixlərində növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, reydlər zamanı Astara rayonu ərazisində Lənkəran
rayonu Bürcəli kənd sakini Samid Miriyevə məxsus "Ural” markalı dövlət
qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 6,41 m3 həcmində fıstıq
cinsli işlik materialdan hazırlanmış taxta aparıldığı aşkarlanıb. Fakta
bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 958,20 manat
məbləğində ziyan tətbiq edilib.
Lənkəran rayonunda keçirilən reyd zamanı Lerik
rayonu Bürsülüm kənd sakini Rüsvət Muxtarova məxsus "UAZ-469” markalı
43BC425 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi
300 kiloqram olan 60 kisə kömür aşkarlanıb. Faktla bağlı qanun
pozucusuna 222,21 manat məbləğində ziyan tətbiq olunub və onun barəsində
akt tərtib olunub.
Şamaxıda Oğuz rayonu Xaçmaz
kənd sakini Natiq Haşımova məxsus "Naz Lifan” markalı 48BD990 dövlət
qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 226 kiloqram olan
113 kisə, Qəbələ
rayonu Mirzəbəyli kənd sakini Arzu İbrahimova məxsus "Mercedes E190”
markalı 10VM127 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi
çəkisi 140 kiloqram olan 70 kisə və Bakı
şəhər sakini Elmar Heydərova məxsus "Ford Transit” markalı 90OA626
dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1000
kiloqram olan 500 kisə kömür aşkarlanıb. Faktlarla bağlı qanun
pozucularına ümumilikdə 1416,65 manat məbləğində ziyan tətbiq olunub və
onlar barəsində aktlar tərtib edilib.
İsmayıllı
rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qalınçaq kənd sakini
Ağaseyid Ağalarova məxsus "Vaz 2106” markalı 31BF573 dövlət qeydiyyat
nişanlı avtomobilin yük yerində ümumi çəkisi 270 kiloqram olan 135 kisə
kömür, rayonun Çəmənli kənd sakini Afət Soltanova məxsus həyətyanı
sahəsində 3,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış
odun aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar
tərtib olunub və onlara ümumilikdə 342,15 manat məbləğində ziyan tətbiq
edilib. Eyni zamanda rayonun Çəmənli kənd sakinləri Sirac Hacıyevə və
Cəlal Ramazanova məxsus həyətyanı sahələrində ümumilikdə 5,76 m3həcmində
meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması
aşkarlanıb. Faktlarla bağlı qanun pozucuları barəsində akt və
protokollar tərtib olunub və onlara ümumilikdə 1023 manat məbləğində
cərimə və ziyan tətbiq edilib.
Qəbələdə
Məmmədağalı kənd sakini Seymur Əzizova məxsus həyətyanı sahəsində 2,0
m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkarlanıb.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 41,44
manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Məmmədağalı
kənd sakinləri Çingiz Zamanova, Mehman Eyyubova və Cavanşir Aslanova
məxsus həyətyanı sahələrində ümumilikdə 5,94 m3 həcmində meşə cinsli
ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkar edilib.
Faktlarla bağlı qanun pozucularına ümumilikdə 719,32 manat məbləğində
cərimə və ziyan tətbiq edilib və onlar barəsində akt və protokollar
tərtib olunub.
Oğuz
rayonu Tayıflı kənd sakini Rəşad Dursunova məxsus həyətyanı sahəsində 2
ədəd kömür quyusu və 10 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış
odun aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol
tərtib olunub və ona 386,40 manat məbləğində cərimə və ziyan tətbiq
edilib.
Hazırda reydlər davam etdirilir.