Xəzər Xəbər

Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb

Gündəm | 10:27 • 14 Dekabr 2017
Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanıl­ıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Həmçinin 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

Xəbər lenti