13 dekabr 2017-ci il
tarixdə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş
fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
XəzərXəbər xəbər verir ki, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev
müşavirədə hesabat məruzəsi ilə çıxış etmiş, silahlı birləşmələrin və
digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2018-ci
ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2017-ci
ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək
səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı
tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki
yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd
əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.
Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin
sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə
gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin
"Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü "Tufan” tipli
sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin
təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz
infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının
5-də Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi,
DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar
verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi
bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:-
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici
xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi
əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;
- xarici
münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunmuş,
onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılmış,
qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar
dəstə zərərsizləşdirilmişdir;
- dövlət sərhədini pozduqlarına
görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min
241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılmışdır.
- 13 milyon
72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik
vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı
alınmışdır.
- dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları optimallaşdırılmış, "IV İslam
Həmrəyliyi Oyunları” və "Formula 1” yarışlarının təşkili zamanı DSX
qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilmiş, Azərbaycana
gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil
olunmuşdur.
- geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd
təlimləri keçirilmiş, gəmi silahlarının gecə və gündüz şəraitində
atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş,
şəxsi heyət tərəfiindən böyük döyüş məharəti nümayiş etdirilmişdir.
- avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak etmiş, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilmişdir.
-
sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki
müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması
nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla
alınması sahəsində önəmli nəticələr əldə olunmudur.
- Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı və 44 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası 1-ci yerə yüksəlməklə qələbə qazanmışdır.
- Dövlət Sərhəd Xidmətinin
xüsusi məktəbinin yeni korpusunun inşa olunması nəticəsində məktəbdə
təhsil alan kursantların sayının 3 dəfəyədək artırılması şəraiti
yaradılmışdır.
- dövlət sərhədinin mühafizəsi infrastrukturunun
təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 119 binadan
ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata
keçirilmişdir.
- Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti
tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində "Valideyn günləri”nin
keçirilməsi təcrübəsi uğurla davam etdirilmiş, hesabat dövründə bu cür
96 görüş keçirilmişdir.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanmışdır.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuşdur.
13 dekabr 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.
Hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev
müşavirədə hesabat məruzəsi ilə çıxış etmiş, silahlı birləşmələrin və
digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2018-ci
ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd etmişdir.
2017-ci
ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək
səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı
tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki
yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd
əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunmuşdur.
Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin
sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə
gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin
"Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü "Tufan” tipli
sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin
təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz
infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının
5-də Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi,
DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar
verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi
bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunmuşdur:
-
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici
xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi
əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilmişdir;
- xarici
münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunmuş,
onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılmış,
qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar
dəstə zərərsizləşdirilmişdir;
- dövlət sərhədini pozduqlarına görə
503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241
nəfər, axtarışda olan 4686 nəfər saxlanılmışdır.
- 13 milyon 72 min
manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin
dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.