"Nazirlər Kabinetinin
təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reyesterindən
çıxarışı ("kupça”) elektron qaydada veriləcək. Dəyişikliyə əsasən,
mənzilin hüquqi sahibi öz elektron imzası ilə "Elektron Hökumət” portalı
vasitəsi ilə bu sənədə sahib ola biləcək.
XəzərXəbər-in
məlumatına görə, məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov
bildirib ki, "kupça”ların elektron verilməsi həm proseduraların sayının
azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır.
"Bununla yanaşı, bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda
inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin
dövlət reyesterindən çıxarışları yoxdur. Buna görə də kommunal
xidmətlərlə tam təmin edilmiş yeni tikililərin dövlət tərəfindən təhvil
alma prosesinin sürətlənidirilməsinə ehtiyac var. İqtisadi və Sosial
İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə, həmçinin 2016-cı ildən əvvəl
tam istifadəyə verilmiş binaların hamısının dövlət qeydiyyatına
alınması və mənzillərin elektron olaraq "kupça” ilə təmin olunması da
yer alır" - ekspert vurğulayıb.