Xəzər Xəbər

Bakı metrosunda 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək

Gündəm | 13:30 • 8 Noyabr 2017
Bakı metrosunda 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək

"Yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub”.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub. "Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”, - deyə sədr qeyd edib.

Xəbər lenti